Qərbin yanlış siyasətləri terrorizmin yayılması amilidir
Noy 14, 2015 16:36 Asia/Baku
-
Qərbin yanlış siyasətləri terrorizmin yayılması amilidir
Suriya prezidenti Fransanın yanlış siyasətlərini terrorizmin yayılması amili adlandırıb.
Frans-Press-in məlumatına görə, Bəşşar Əsəd Dəməşqdə fransız heyətlə görüşdən sonra Fransa mətbuatı ilə müsahibədə bildirib ki, Qərbin, xüsusən Fransanın region hadisələri qarşısındakı yanlış siyasətləri və bəzi müttəfiqlərinin terrorizmi himayəsinə göz yumması bu fenomenin yayılmasında rol oynayıb.Əsəd yüzlərlə ölü və yaralı törətmiş dünənki Paris terror hücumlarına toxunaraq, deyib ki, terrorizm beynəlxalq bir fenomendir və terror qrupları hədd-hüdud bilmirlər.
Suriya prezidenti vurğulayıb: Paris terror hücumları son Beyrut terror hücumları, son beş ildə Suriyada və digər məntəqələrdə edilmiş terror hərəkətləri ilə bağlıdır.
Əsəd terrorizmin kökünün kəsilməsi hədəfi ilə terrorçuların siyasi və loqistik himayələrinin dayandırılması üçün dinamik tədbirlərin görülməsi və yeni siyasətlərin yürüdülməsini mühüm sayıb və bildirib ki, Dəməşq üç il bundan öncə Avropadakı bəzi hücumların bütün dünyadakı nəticələri barədə xəbərdarlıq etmişdi, amma təəssüflə, avropalı rəsmilər bu xəbərdarlıqlara laqeyd yanaşdılar.
Suriya prezidenti Fransa dövlətinin terrorizmlə mübarizədə ciddi olmamasını tənqid edərək, Suriyanın terrorizmlə mübarizəyə və bu sahədə ciddi həmkarlığa hazır olduğunu bildirib.
Teqlər