Antaliya zirvəsi Qarabağı unutdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199639-antaliya_zirvəsi_qarabağı_unutdu
Azərbaycan Respublikası prezidentinin iştiraki ilə Türkiyənin Antalya şəhərində keçirilən G-20 zirvəsində Qarabağ münaqişəsindən söz açılmadı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 14:23 Asia/Baku
  • Antaliya zirvəsi Qarabağı unutdu
    Antaliya zirvəsi Qarabağı unutdu

Azərbaycan Respublikası prezidentinin iştiraki ilə Türkiyənin Antalya şəhərində keçirilən G-20 zirvəsində Qarabağ münaqişəsindən söz açılmadı.

“Yeni Müsavat” xəbər verir ki, Türkiyə və Amerika liderləri də Qaarabağ məsələsinə önəm verməyiblər. Obama və Ərdoğanın birgə brifinqdə Türkiyə prezidenti bildirib ki, həmkarı ilə Suriya mövzusunu müzakirə edib, həmçinin İŞİD-ə qarşı birgə mübarizədən danışıblar.

ABŞ prezidenti qeyd edib ki, Parisdəki xain terror aktı gündəmə yeni mövzular verib.
Kaya Otelin konfrans zalında çıxış edən BMT-nin Baş katibi Pan Gi Munun da çıxışı əsasən Suriya ətrafındakı vəziyyət, dünyanın qaynar nöqtələrindəkı durum, terror hadisələri və s. Bağlı oldu.
Gi Mun da Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır işğalda saxlaması, BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra olunmamasına toxunmadı.