Türkiyədə G-20 qrupunun zirvə toplantısı başlandı
Noy 15, 2015 15:48 Asia/Baku
-
Türkiyədə G-20 qrupunun zirvə toplantısı başlandı
Türkiyənin Antalya şəhərində G-20 qrupuna üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı başlanıb.
Səhər Beynəlxalq Televiziyasının Kiodo Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, G-20 qrupuna üzv ölkələrin dövlət başçılarının illik zirvə toplantısı elə bir halda başlanıb ki, Parisdəki dəhşətli terror aktlarına görə onun mehvəri terrorizmlə mübarizədir.G-20-nin dövlət başçıları Avstraliyanın Brisbon şəhərindəki müzakirələrin ardınca, əsasən iqtisadiyyat perspektivi, dünyanın iqlim şəraitinin dəyişilməsi kimi məsələlər barədə danışıqlar aparmalı idilər. Lakin Fransa paytaxtındakı dəhşətli terror aktları onların müzakirələrinin əsas mehvərinə çevrilib.
G-20 qrupunun iclasına başçılıq edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etdiyi çıxışında terrorizmlə mübarizə üçün yeni beynəlxalq çərçivə təklif edib və deyib: Terrorizmlə mübarizə məsələsi 2 günlük zirvə toplantısının iclasının prioriteti olmalıdır.
Qeyd edək ki, G-20 qrupunun iclası cümə günü Parisdə dəhşətli terror aktlarından sonra beynəlxalq səviyyədə keçirilən ilk iclasdır.
Ötən cümə gecə Parisdə terror aktları nəticəsində ən azı 130 nəfər həlak olub, 300-dən çox şəxs də yaralanıb.
İŞİD terror qruplaşması bir bəyanatda Paris terror aktlarının məsuliyyətini üzərinə götürüb.
Teqlər