İranın Beyrutdakı səfirliyi önündə törədilən terror aktı qurbanlarının xatirəsi anıldı
Noy 20, 2015 10:30 Asia/Baku
2013-cü ildə Livanın paytaxtı Beyrut şəhərində İran səfirliyi önündə baş vermiş terror aktı qurbanlarının həyatlarını itirmələrinin 2-ci ildönümü mərasimi Beyrutda, İran səfirliyi önündə Livan Parlamentinin sədri, baş naziri və digər dövlət rəsmiləri və siyasi xadimlərin iştirakı ilə keçirilib.
İRNA-nın məlumatına görə, mərasim iştirakçıları terrorçuların cinayətlərini və onların bəzi ölkələr tərəfindən maliyyələşdirilməsi, silahlandırılması və medialar tərəfindən himayə olunmasını pisləyib, terrorizmi dünya sülhü üçün təhdid adlandırıblar.2013-cü ilin noyabrında Beyrutda İran səfirliyi önündə baş vermiş partlayışlarda 25 nəfər o cümlədən İranın Livandakı səfirliyinin mədəniyyət attaşesi İbrahim Ənsari, iranlı diplomatlardan birinin həyat yoldaşı və səfirliyin 4 mühafizəçisi həlak olmuş, 150-dən çox insan isə yaralanmışdı.
Abdullah İzam adlı terror qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürmüşdü.