Mossad Fələstin müqavimətinin liderlərini terror etməyə hazırlaşır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199861-mossad_fələstin_müqavimətinin_liderlərini_terror_etməyə_hazırlaşır
Ərəb ölkələrindən birinin təhlükəsizlik xidməti İsrail rejiminin casusluq təşkilatı olan Mossadın Fələstin müqavimətinin liderlərini işğal edilmiş Fələstin ərazilərindən kənarda terror etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2015 06:14 Asia/Baku
  • Mossad Fələstin müqavimətinin liderlərini terror etməyə hazırlaşır
    Mossad Fələstin müqavimətinin liderlərini terror etməyə hazırlaşır

Ərəb ölkələrindən birinin təhlükəsizlik xidməti İsrail rejiminin casusluq təşkilatı olan Mossadın Fələstin müqavimətinin liderlərini işğal edilmiş Fələstin ərazilərindən kənarda terror etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Fələstinin informasiya qaynaqları "Əl-Məcd" təhlükəsizlik qaynağına istinadla bildiriblər: İsrail rejimi Fələstin müqavimətinin liderlərini işğal edilmiş ərazilərdən kənarda terror etmək niyyətindədir. Və bu çirkin hərəkətin mənfi nəticələri və digər ölkələr ilə əlaqələrinə dəyə biləcək zərbədən də nigaran deyil.
"Əl-Məcd" əlavə edib: Bu qərar İsrail rejiminin müqavimət qüvvələrinin Qərb Sahilində və Qüdsdə əməliyyatlarının davam etməsi məsələsini həll etməkdən aciz qalmasının ardınca çıxarılıb.
İsrail rejimi Fələstin müqavimətinin liderlərinin terror edilməsinə zəmin yaratmaq üçün davamlı olaraq mediaları vasitəsi ilə Mossad-ın keçmişdə Ərəb və qeyri-Ərəb ölkələrində törətdiyi terror aktları o cümlədən İslami Cihad Hərəkatının banisi şəhid Fəthi Şəqaqi və Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından şəhid Mahmud Məbhuhun terror edilməsi ilə bağlı informasiyalar yaymağa başlayıb.