Dünyaya terrorizm ixrac edənin terrorizmlə "mübarizə" iddiası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199870-dünyaya_terrorizm_ixrac_edənin_terrorizmlə_mübarizə_iddiası
İraq medialarından biri Ərəbistan kralı Salman bin Əbdüləzizin G20 iclasında terrorizm ilə mübarizə barədə dediklərini lağa qoyaraq, Ər-Riyadı vəhhabi terrorizminin qaynağı və ixracatçısı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2015 11:09 Asia/Baku
  • Dünyaya terrorizm ixrac edənin terrorizmlə
    Dünyaya terrorizm ixrac edənin terrorizmlə "mübarizə" iddiası

İraq medialarından biri Ərəbistan kralı Salman bin Əbdüləzizin G20 iclasında terrorizm ilə mübarizə barədə dediklərini lağa qoyaraq, Ər-Riyadı vəhhabi terrorizminin qaynağı və ixracatçısı adlandırıb.

İraqın Səsi informasiya portalı Türkiyə-Qətər-Ərəbistan üçbucağına və onların İraq ilə düşmənçiliyinə işarə edərək, bildirib: İraq hələ qədim zamanlardan bir çox düşmənlərə malik olub. Halbuki, bu düşmənlərin bəzisi İraqi lə dini və insani bağlara malik olublar.
Qətər, Türkiyə və Ərəbistan var güclərini İraqı məhv etmək üçün səfərbər ediblər. Onlar, İraqda güclü bir dövlətin formalaşmasına mane olmaq üçün var gücləri ilə çalışırlar. Onlar, Amerika və İngiltərənin törəməsi olan İŞİD terror qruplaşmasını himayə edirlər.
Bu İraq mediası daha sonra G20 iclasının Türkiyədə keçirilməsinə işarə edərək, yazır: G20 sammiti, İŞİD-in dostu və himayədarı olan, İŞİD-ə maliyyə, locistik, hərbi və media dəstəyi verən Ərdoğanın ev sahibliyi ilə keçirildi. Bu sammitin məqsədi terrorizm ilə mübarizə aparmaq, onun köklərini qurutmaq deyildi.
Putin tam aydın formada bildirdi ki, Türkiyədə keçirilən G20 sammitində iştirak edən bəzi ölkələr terrorizmin himayə və terrorizmi dünyaya ixrac edən ölkələrdirlər. Onun məqsədi Ali-Səud rejimi, Qətər, BƏƏ, Türkiyə və İordaniya idi.
İraqın Səsi informasiya portalı daha sonra Ərəbistan kralı Salman bin Əbdüləzizin G20 sammitindəki çıxışına və onun "terrorizmin qaynağını qurutmağa səy göstəririk" deməsinə işarə edərək, deyib: Ərəbistan bu ölkənin gəlirlərinin böyük bir hissəsini vəhhabiliyi təbliğ edən müəssisələrin himayəsinə ayırdığı bir halda, terrorizm ilə mübarizə necə baş verəcək? Sizin məktəblərdə tədris edilən kitablarda Allah evi zəvvarları müşrik və kafir adlandırılırsa, onların öldürülməsinin vacib olduğu vurğulanırsa, terrorizmin qaynağını necə qurutmaq olar? Məkkə və Mədinədə, Ciddə, Tayif və Ər-Riyad hava limanlarında İbn Teymiyənin, Əbdülvəhabın və İbn Bazın inancları təbliğ edilir. Müxtəlif dillərə tərcümə edilmiş kitablarda vəhhabi mədrəsələri ilə əlaqə yaratmaq üçün telefon nömrələri qeyd olunub. Səudiyyəlilər öz ölkələrində vəhhabilik düşüncəsini təbliğ edənlərə ev və pul verirlər.
Bu insanlar Ərəbistanın ölkələrindəki səfirlərindən, vəhhabiliyi təbliğ etmələrinə görə pul alırlar. Ərəbistan səfiri pul və təyyarə bileti ilə yanaşı, vəhhabilik düşüncəsini təbliğ edənlərə 3000 dollar pul ayırır. Bu pullar və himaələr Paris hadisələri kimi acı hadisələrin baş verməsinə səbəb olur.
İraqın Səsi informasiya portalı sonda yazır: Ali-Səud rejiminin terrorçuların yetişdirilməsi və terrorizmin himayə edilməsi üzrə səylərinin bu qədər aşkar olduğu bir şəraitdə Ərəbistan kralı Salman bin Əbdüləzizin terrorizm ilə mübarizə mərkəzinin təsis edilməsi üçün 110 milyon dollar vəsaitin ayrılmasından dəm vurması tamamilə gülünc və mənasızdır.