İraqın qərbində bir sıra məntəqə İŞİD-in işğalından azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199993-İraqın_qərbində_bir_sıra_məntəqə_İŞİd_in_işğalından_azad_edildi
Süməriyə Nyus informasiya portalının verdiyi məlumata görə, İraqın Terrorizm ilə Mübarizə Təşkilatının mətbuat katibi Səmir Şəvili deyib: Əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin 39 məhəlləsinin 22-siartıq İŞİD-in işğalından azad edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2015 16:10 Asia/Baku
  • İraqın qərbində bir sıra məntəqə İŞİD-in işğalından azad edildi
    İraqın qərbində bir sıra məntəqə İŞİD-in işğalından azad edildi

Süməriyə Nyus informasiya portalının verdiyi məlumata görə, İraqın Terrorizm ilə Mübarizə Təşkilatının mətbuat katibi Səmir Şəvili deyib: Əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin 39 məhəlləsinin 22-siartıq İŞİD-in işğalından azad edilib.

Səmir Şəvili 5-ci kilometr məntəqəsində onlarla terrorçunun məhv edildiyini deyərək, əlavə edib: İraq ordusu və təhlükəsizlik qüvvələri hazırda Rəmadi şəhərinin mərkəzini mühasirəyə alıblar.
İraqın Terrorizm ilə Mübarizə Təşkilatının mətbuat katibi həmçinin deyib: Bu təşkilat terrorçuların 35 ədəd bomba quraşdırılmış avtomobilini məhv edib, 11 terrorçunu öldürüb, 22 sivili İŞİD-in əsirliyindən azad edib.
Digər tərəfdən İraqın Terrorizm ilə Mübarizə Təşkilatının yüksək səviyyəli komandirlərindən olan Əbdüləmir Xəzrəci deyib: İraq hərbçiləri Rəmadinin qərbində yerləşən strateji əhəmiyyətli 5-ci kilometr məntəqəsini terrorçulardan təmizləyərək, terrorçular tərəfindən evlər və dövlət binalarında quraşdırılmış bombalar, partlayıcı qurğular və tələləri zərərsizləşdiriblər.
Rəmadi şəhərinin azad edilməsi əməliyyatı cari ilin oktyabr ayının əvvəllərindən İraq ordusunun Quru və Hava qoşunlarının habelə, könüllü xalq qüvvələrinin iştirakı ilə başladılıb.
İŞİD terrorçuları işğal altında olan məntəqənin sakinlərindən dövlət qüvvələrinə qarşı canlı divar olaraq istifadə edir və qondarma qanunları ilə onlar üçün ciddi problemlər yaradırlar.