"Ərbəin" zəvvarlarının təhlükəsizliyi 300 000 qüvvə ilə təmin ediləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200170-Ərbəin_zəvvarlarının_təhlükəsizliyi_300_000_qüvvə_ilə_təmin_ediləcək
İraqın Daxili İşlər Nazirliyi 300 000 təhlükəsizlik qüvvəsi və könüllü xalq qüvvəsinin "Ərbəin" zəvvarlarının təhlükəsizliyinin təmin edilməsinə cəzb edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2015 16:06 Asia/Baku
  • "Ərbəin" zəvvarlarının təhlükəsizliyi 300 000 qüvvə ilə təmin ediləcək

İraqın Daxili İşlər Nazirliyi 300 000 təhlükəsizlik qüvvəsi və könüllü xalq qüvvəsinin "Ərbəin" zəvvarlarının təhlükəsizliyinin təmin edilməsinə cəzb edilməsindən xəbər verib.

Süməriyyə Nyus informasiya portalının verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyinin mətbuat katibi İbrahim İbadi deyib: Ərbəin mərasimində iştirak etmək üçün 2.8 milyon xarici zəvvarın ölkəyə müraciət edəcəyi proqnoz edilir.
O, İraqın Daxili İşlər Nazirliyinin Kərkükdən tutmuş Bəsrəyə qədər bütün imkanların səfərbər edilməsi üzrə səylərinə işarə edərək, deyib: Ərbəin mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görülüb və 300 min təhlükəsizlik qüvvəsi və könüllü xalq qüvvəsi zəvvarların təhlükəsizliyinin təmin edilməsinə cəlb edilib.
İbrahim İbadi əlavə edib: 1.5 milyondan çox Ərəb və qeyri-Ərəb zəvvar sərhəd keçid məntəqələri vasitəsilə ölkəyə daxil olublar və bu rəqəmin 2.8 milyon nəfərə qədər artacağı gözlənilir.
Hər il milyonlarla insan İmam Hüseyn(ə)-ın Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya üz tutur və İraq dövləti zəvvarların təhlükəsizliyini təmin etmək üçün özəl təhlükəsizlik proqramları həyata keçirir.