Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının detalları açıqlandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200199-mosulun_İŞİd_in_işğalından_azad_edilməsi_əməliyyatının_detalları_açıqlandı
İraqın müdafiə naziri Mosulun azad edilməsi əməliyyatı barədə açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2015 10:52 Asia/Baku
  • Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının detalları açıqlandı
    Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının detalları açıqlandı

İraqın müdafiə naziri Mosulun azad edilməsi əməliyyatı barədə açıqlama verib.

Skay Nyus Ərəb telekanalının məlumatına görə, Xalid Əbidi bildirib ki, Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı Səncar, İraq Kürdüstanı və Neynəva vilayətinin cənubundan, 3 istiqamətdə həyata keçiriləcək.
Əbidi əlavə edib: İraq dövləti Səncar şəhərində sabitliyin bərqərar edilməsi və yezidi kürdlərin silahlandırılması üzrə İraqın Kürdüstan məntəqəsinin və Neynəva vilayətinin yerli rəsmiləri ilə əməkdaşlıq edəcək.