Türk deputat Türkiyənin 20 milyard zərərə düşdüyünü etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200369-türk_deputat_türkiyənin_20_milyard_zərərə_düşdüyünü_etiraf_edib
Türkiyə parlamentində ana müxalifətin deputatı deyib: Bu ölkə hava qüvvələrinin rus qırıcı təyyarəsini vurması nəticəsində Türkiyə 20 milyard dollar dəyərində iqtisadi zərərə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 14:33 Asia/Baku
  • Türk deputat Türkiyənin 20 milyard zərərə düşdüyünü etiraf edib
    Türk deputat Türkiyənin 20 milyard zərərə düşdüyünü etiraf edib

Türkiyə parlamentində ana müxalifətin deputatı deyib: Bu ölkə hava qüvvələrinin rus qırıcı təyyarəsini vurması nəticəsində Türkiyə 20 milyard dollar dəyərində iqtisadi zərərə düşüb.

Səhər Beynəlxalq Televiziyasının Sözcü qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, CHP-nin parlamentdəki deputatı Osman Budak əlavə edib: Ankaranın Moskva ilə böhranı davam etdiyi halda, Rusiyanın iqtisadi sanksiyaları nəticəsində Türkiyənin zərəri təxminən 20 milyard dollar, milli xammal istehsalında 3% olacaqdır.
Budak bildirib: Ötən illərdə Türkiyənin Rusiyaya ixracatından əldə olunan gəlir təxminən 6 milyard dollar, turizmdən təxminən 7 milyard dollar və ticarətdən isə təxminən 6 milyard dollar olub.
Osman Budak əlavə edib: Türkiyənin ən böyük turizm mərkəzi Antalya bu böhrandan ən çox zərəri görəcəkdir və təxminən 40 min rusun Antalya şəhərində olması və 200 min türkün Rusiyada olmasını nəzərə aldıqda bu böhran tezliklə həll edilməlidir.
Bu məlumata görə, Rusiya Türkiyənin 2-ci ən böyük ticarət şərikidir və bu ölkənin 60%-ə yaxın qaz ehtiyacını təmin edir.
Suriya-Türkiyə sərhədində Rusiyanın Su-24 qırıcı təyyarəsinin vurulması və bir rus pilotun ölməsi Rusiya və Türkiyə əlaqələrində gərginliyə səbəb olub.
Moskva Türkiyədən bəzi məhsullar, xüsusilə də kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.