Beytül-Müqəddəsdə bir fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200370-beytül_müqəddəsdə_bir_fələstinli_gənc_şəhid_olub
Sionist rejim hərbçiləri Beytül-Müqəddəsdə daha bir fələstinli gənci atəş açaraq şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 14:34 Asia/Baku
  • Beytül-Müqəddəsdə bir fələstinli gənc şəhid olub

Sionist rejim hərbçiləri Beytül-Müqəddəsdə daha bir fələstinli gənci atəş açaraq şəhid ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bu gün işğal olunmuş Qüdsün şimalında yoxlama-keçid postu yaxınlığında sionistlərə qarşı müqavimət əməliyyatında bir fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində yaralanıb. Bu gənc fələstinli aldığı yaralar üzündən şəhid olub.
Bu fələstinli gəncin şəhid olması ilə 2015-ci il oktyabr ayının əvvəlindən Qüds İntifazəsi şəhidlərinin sayı 109 nəfərə çatıb və sionist hərbçilərlə toqquşma nəticəsində minlərlə fələstinli də yaralanmışdır.
Bu arada sionist rejim hərbçiləri işğal olunmuş Qüdsdə Cəbəl əl-Mükəbbir şəhərciyində fələstinlilərin məskunlaşdığı əl-Mədaris məhəlləsinə hücum ediblər.
Sionist qəsəbə sakinləri də bir daha hərbçilərin dəstəyi ilə əl-Əqsa məscidinə basqın ediblər.
Sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Nablos şəhərində bir fələstinli şəhidin mənzilini dağıdıblar.