Beş milyondan çox suriyalı uşaq təcili humanitar yardıma ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200428-beş_milyondan_çox_suriyalı_uşaq_təcili_humanitar_yardıma_ehtiyaclıdır
Beynəlxalq Qızıl Xaç Təşkilatı beş milyondan çox suriyalı uşağın təcili humanitar yardıma ehtiyaclı olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2015 07:38 Asia/Baku
  • Beş milyondan çox suriyalı uşaq təcili humanitar yardıma ehtiyaclıdır
    Beş milyondan çox suriyalı uşaq təcili humanitar yardıma ehtiyaclıdır

Beynəlxalq Qızıl Xaç Təşkilatı beş milyondan çox suriyalı uşağın təcili humanitar yardıma ehtiyaclı olmasından xəbər verib.

Misirin Əl-Yəum Əl-Sabə saytının məlumatına görə, Beynəlxalq Qızıl Xaç Təşkilatının regional baş müdiri Robert Mardini cümə günü bir bəyanatda qış fəslinin yaxınlaşması ilə suriyalıların vəziyyətinin ağırlaşmasına toxunaraq, bildirib ki, on iki milyondan yuxarı suriyalı, o cümlədən beş milyon beş yüz min uşaq təcili humanitar yardıma ehtiyaclıdır.
Bəyanatda deyilir: Suriyadakı böhran və toqquşmaların davam etməsi təqribən beş il bundan öncədən həmçinin dörd milyondan çox suriyalının Suriya sərhədlərindən kənarda, səkkiz milyon suriyalının isə sərhədlərin daxilində didərgin düşməsinə, eləcə də bu ölkənin infrastrukturlarından böyük bir hissənin dağılmasına bais olubdur.
Bəyanatda qeyd olunur ki, suriyalıların vəziyyəti xüsusən qış fəslinin yaxınlaşması ilə daha da ağırlaşacaqdır.
Suriya təqribən bel ildir ki, geniş vətəndaş müharibəsi ilə üzləşib.
Bu müharibə indiəyədək on minlərlə nəfərin ölməsi və milyonlarla nəfərin də didərgin düşməsi ilə nəticələnibdir.