Dek 05, 2015 11:58 Asia/Baku
  • Livanın Əl-Məyadin telekanalının verilişlərinin
    Livanın Əl-Məyadin telekanalının verilişlərinin "Arabsat"dan yayımı dayandırılıb

Livanın Əl-Məyadin telekanalının verilişlərinin "Arabsat"dan yayımı da dayandırılıb

"Arabsat" şirkəti, ofisinin Livandan İordaniyaya köçürülməsindən sonra cümə günü öz süni peyklərindən Əl-Minar telekanalı verilişlərinin yayımını dayandırdı.
Röyters-in məlumatına görə, Ərəbistanın mədəniyyət və informasiya naziri Adil Əl-Turəyfi "Arabsat" şirkətinin Əl-Minar və Əl-Məyadin telekanallarının yayımını dayandırması üzrə hərəkətini əsaslandıraraq, iddia edib ki, qeyd olunan telekanalların verilişlərinin yayımı Ərəbistanın Yəmənə qarşı hücumu barədə çoxlu yalanların və şayiələrin yayılmasına görə, dayandırılıbdır.
Ərəbistanın Daxili İşlər Nazirliyi də bir bəyanatda bildirib ki, hər bir vasitə ilə yalan xəbərlərin yayılması cinayətdir.
Qərargahı Ərəbistanın paytaxtı Ərriyadda yerləşən "Arabsat" şirkətinin mülkiyyəti Ərəb Liqasına üzv ölkələr arasında bölüşdürülüb, amma Ərəbistan otuz altı faizlik payla onun ən mühüm sahiblərindən sayılır.

Teqlər