Dek 05, 2015 14:05 Asia/Baku
  • İraq Kürdüstanının İraq neftinin satışı üstündə İŞİD-lə həmkarlığı təkzib olunub
    İraq Kürdüstanının İraq neftinin satışı üstündə İŞİD-lə həmkarlığı təkzib olunub

İraq Kürdüstanı məntəqəsinin yerli idarəsi İraq neftinin satışı üstündə İŞİD terror qrupu ilə həmkarlığı təkzib edib.

Şəfəq nyus-un məlumatına görə, İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin sözçüsü İraq Kürdüstanı məntəqəsinin İraq neftinin satışı üstündə İŞİD terror qrupu ilə həmkarlığı haqda Rusiya tərəfindən yayılan məlumatları təkzib edərək, Rusiyanın Ərbildəki baş konsulunun çağırtdırılmasından xəbər verib.
O, bu cür ittihamlar vurduğuna görə, Rusiyanı tənqid edərək, deyib: Ağıl və məntiq əsasında İraq Kürdüstanının İraq neftinin satışı üstündə İŞİD-lə birbaşa və ya dolayısı ilə həmkarlığı düz deyil.
Bundan öncə yayılan xəbərlərdə deyilirdi ki, İŞİD terror qrupu İraq və Suriyada öz işğalı altında olan məntəqələrdən çıxarılan nefti İraq Kürdüstanı və Türkiyə vasitəsilə sionist rejimə satır və bu rejim də terrorçulardan satın alınmış nefti ayırdıqdan sonra digər tərəflərə satır.

Teqlər