Dek 06, 2015 10:19 Asia/Baku
  • Fələstin İslami Cihad Hərəkatının Arab Sat peykinin hərəkətinə reaksiyası
    Fələstin İslami Cihad Hərəkatının Arab Sat peykinin hərəkətinə reaksiyası

Fələstin İslami Cihad Hərəkatı Arab Sat peyk xidmətləri şirkətinin məsul şəxslərinin Livanın əl-Minar telekanalının bu peyk üzərindən yayımını dayandırmalarını kəskin formada qınayıblar.

Fələstinin Səma informasiya agentliyinin verdiyi məlumata görə, Fələstinin İslami Cihad Hərəkatı Arab Sat peyk xidmətləri şirkətinin Livanın əl-Minar informasiya kanalının bu peyk üzərindən yayımını dayandırmalarını qınayaraq, bildirib: Arab Sat peyk xidmətləri şirkətinin bu hərəkəti söz azadlığının məhdudlaşdırılması və müqaviməti himayə edən mediaların fəaliyyətlərinin qarşısının alınması istiqamətindədir.
Fələstinin Radio və Televiziya Birliyi də əl-Minar və əl-Məyadin kanallarının Arab Sat peyki üzərindən yayımının dayandırılmasını müqavimət və Fələstin intifazəsinə zərbə adlandırıb.
Arab Sat peyk xidmətləri şirkəti cümə günü öz ofisini Livandan İordaniyaya köçürdükdən sonra, heç bir xəbərdarlıq etmədən əl-Minar və əl-Məyadin telekanallarının yayımını dayandırıb.
Arab Sat peyk xidmətləri şirkətinin mülkiyyət hüququ Ərəb Liqasına üzv ölkələr arasında bölüşdürülüb. Amma, Ərəbistan bu şirkətin səhmlərinin 36%-nə malik olmaqla, əsas söz sahibinə malik olan tərəflərdən biridir.

Teqlər