Dek 06, 2015 10:21 Asia/Baku
  • Onlarla iraqlı ailə İŞİD-in mühasirəsindən azad edildi
    Onlarla iraqlı ailə İŞİD-in mühasirəsindən azad edildi

İraq ordusu Rəmadi şəhərinin azad edilməsi əməliyyatı zamanı 20 ailəni İŞİD-in mühasirəsindən azad edib.

İraqın əl-Rəy informasiya agentliyinin verdiyi məlumata görə, İraqın İnsan Haqları Komissiyasının üzvü Fazil Qəravi bir bəyanat yayaraq bildirib ki, İŞİD terrorçuları Rəmadi şəhərində İraq ordusuna qarşı yerli sakinlərdən canlı divar kimi istifadə edir.
Bu məlumata görə, İraqlı qüvvələr 20 ailəni İŞİD-in mühasirəsindən xilas etdikdən sonra, onları Rəmadinin şərqində yaradılmış düşərgələrə aparıblar.
İraq ordusu ötən həftədən etibarən Rəmadi şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıb və indiyə kimi bir neçə mühüm məntəqəyə nəzarəti təmin etməyi bacarıb.

Teqlər