Livan ordusu Ərsalda terrorçulara qarşı əməliyyat keçirib
Dek 06, 2015 16:39 Asia/Baku
-
Livan ordusu Ərsalda terrorçulara qarşı əməliyyat keçirib
Livan ordusu bu ölkənin şərqindəki Ərsal şəhərciyinin ətrafında terrorçuların mövqelərini atəşə tutub.
İordaniyanın rəsmi xəbər agentliyinin məlumatına görə, Livan ordusu bir bəyanatda Cibhətunnusrə terror qruplaşmasının tabeliyində olan təkfirçi terrorçuların Ərsal şəhərciyinə girmək üçün bu sərhəd şəhərciyi ətrafında yerləşən Cərud yüksəkliklərindəki hərəkətlərinə işarə edərək, bildirib ki, Livan ordusunun qüvvələri terrorçuları hədəfə alıblar.Livan ordusu bu hücumun detallarına və onun törətdiyi tələfat və xəsarətlərə işarə etməyibdir.
Cibhətunnusrə terror qruplaşmasının tabeliyində olan təkfirçi terrorçular Suriya sərhədləri yaxınlığında, Livanın şərq sərhədlərinin dağlıq məntəqələrində yerləşərək, vaxtaşırı Livan ordusunun Ərsal şəhərciyindəki mövqelərinə hücum edirlər.