İraq parlamentinin Türkiyə ilə təhlükəsizlik razılaşması ləğv olunur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200513-İraq_parlamentinin_türkiyə_ilə_təhlükəsizlik_razılaşması_ləğv_olunur
İraq parlamenti Türkiyənin bu ölkə ərazisinə təcavüzünə reaksiyada Türkiyə ilə təhlükəsizlik razılaşmasının ləğvi üzrə qətnamə layihəsini araşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 10:39 Asia/Baku
  • İraq parlamentinin Türkiyə ilə təhlükəsizlik razılaşması ləğv olunur
    İraq parlamentinin Türkiyə ilə təhlükəsizlik razılaşması ləğv olunur

İraq parlamenti Türkiyənin bu ölkə ərazisinə təcavüzünə reaksiyada Türkiyə ilə təhlükəsizlik razılaşmasının ləğvi üzrə qətnamə layihəsini araşdırır.

Ənnəhar qəzetinin yazdığına görə, "Qanun dövləti" koalisiyası sabah parlamentə qətnamə layihəsi təqdim etmək niyyətindədir ki, ona əsasən, 1994-cü ildə Səddam rejimi dövründə imzalanmış Türkiyə-İraq təhlükəsizlik müqaviləsi ləğv olunacaq.

Bu təhlükəsizlik razılaşmasına əsasən, Türkiyə qüvvələri PKK ünsürlərini təqib etmək üçün təqribən 20 kilometr İraq ərazisinə daxil ola bilərlər.

Belə bir halda, yüksək səviyyəli iraqlı bir rəsmi türkiyəli qüvvələrin Türkiyə Kürdüstanı Fəhlə Partiyası qüvvələri və Səncarda əhalini himayə qüvvələri ilə hesablarını çürütmək üçün İraqa girmələrindən nigaranlıq edərək, deyib: Türk qüvvələr Bağdadın Türkiyə ordusuna verdiyi 48 saatlıq fürsətinə rəğmən, hələ İraq ərazisini tərk etməyiblər.

İraqın Xarici İşlər Nazirliyi bazar günü türk hərbçilərin Mosul şəhərinə göndərilməsi və bu ölkənin suverenliyinin Türkiyə tərəfindən pozulmasına reaksiyada Ankaraya nota göndərdi.

Türkiyə cümə günü axşam "kürd peşmərgələrin təlimi" adlandırdığı məsələ üçün 130 hərbçini İraqın Mosul şəhərinin Bəşiqə məntəqəsinə daxil edib.