Bağdad Ankaraya ultimatum verdi
-
Bağdad Ankaraya ultimatum verdi
İraq xarici işlər naziri deyib: Türkiyə hərbi qüvvələri sabaha qədər İraq torpağını tərk etməlidirlər, belə olmadığı halda bütün seçimlər masa üzərindədir.
Səhər Beynəlxalq Televiziyasının əl-Cəzirə telekanalına istinadla verdiyi m əlumata görə, İraq xarici işlər naziri İbrahim Cəfəri almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə Bağdadda keçirdiyi müştərək mətbuat konfransında deyib: İraqın Milli Təhlükəsizlik Şurası ötən gün bu barədə qərarlar üzrə iclas keçirdi. Buna əsasən Türkiyə hərbi qüvvələri 48 saat ərzində İraq ərazisindən çıxmalıdırlar. Buna əsasən, sabah sonuncü gündür və əgər Türkiyə hərbi qüvvələri İraqdan çıxmasalar, biz öz mövqeyimizi sərtləşdirəcəyik və biz beynəlxalq təşkilatlara, Təhlükəsizlik Şurasına və beynəlxalq ictimaiyyətlə əlaqə qura bilərik və bütün seçimlər masa üzərindədir.
O deyib: biz həmişə çalışmışıq ki, qonşu ölkə olaraq Türkiyə ilə möhkəm əlaqələrə malik olaq. Lakin hakimiyyətin pozulması məsələsində güzəştə gedə bilmərik. İraq silahlı qüvvələri ilə öncədən razılaşdırılmadan silahlı qüvvələrin iştirakı İraqın daxili məsələlərində hərbi müdaxilə hesab olunur. Türkiyə təyin olunan müddət ərzində İraq ərazisindən çıxmalıdır ki, İraq digər yollara əl atmağa məcbur olmasın və beynəlxalq qurumlara müraciət etməsin.
Sözlərinin davamında Cəfəri İraqda İŞİD-ə hücumda iştirak üçün Rusiyaya müraciət olunmasının ehtimalı barəsində də deyib: Bu seçim masa üzərindədir. İraqın hakimiyyəti pozulduğu zaman heç kim buna mane ola bilməz. Biz mümkün hər bir yolla düşməni qovmaq üçün kömək alacağıq.
Əl-Məyadin telekanalı bildirib ki, Türkiyə İraq hökumətinin xəbərdarlığından indiyə qədər heç bir qüvvəsini bu ölkədən çıxarmayıb.