İraq istənilən xarici təhdidlə mübarizəyə hazırdır
İraq baş naziri bu ölkənin istənilən xarici təhdidlə mübarizə üçün hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının İraqın Bərasa Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraq baş naziri Heydər əl-İbadi bu ölkənin Hərbi Hava Qüvvələri komandanları ilə görüşdə deyib: İraq Hərbi Hava Qüvvələri bu ölkənin terror qruplaşmaları, o cümlədən İŞİD-ə qələbə çalmasında çox önəmli rola malikdir və hal-hazırda da istənilən xarici və hava təhdidi ilə mübarizə etməyə hazırdır.
Heydər əl-İbadi Türkiyənin İraq ərazisinə yüzlərlə qüvvə ezam etməsinə də reaksiya verib.
İraq parlamenti ötən gün baş nazir və müdafiə nazirinin iştirakı ilə fövqəladə iclas keçirərək Türkiyə tərəfindən İraqın hakimiyyətinin pozulmasını araşdırıb.
İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Həsən Salimin sözlərinə görə, parlamentin fövqəladə iclas keçirməsində məqsəd türk hərbçilərin İraq ərazisində olması qarşısında qətiyyətli mövqenin sərgilənməsidir.