Türkiyə qırıcıları İraqın şimalına raket zərbələri endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200603-türkiyə_qırıcıları_İraqın_şimalına_raket_zərbələri_endiriblər
Türkiyə ordusu Kandil dağlarında, İraqın Ərbil vilayətində yerləşən iki kəndi bombardman edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 10:50 Asia/Baku
  • Türkiyə qırıcıları İraqın şimalına raket zərbələri endiriblər
    Türkiyə qırıcıları İraqın şimalına raket zərbələri endiriblər

Türkiyə ordusu Kandil dağlarında, İraqın Ərbil vilayətində yerləşən iki kəndi bombardman edib.

İraqın əl-Rəy informasiya agentliyinin verdiyi məlumata görə, İraqın Ərbil vilayətindəki bir təhlükəsizlik mənbəyi deyib: Çərşənbə günü, günün son saatlarında Türkiyə ordusunun bir neçə qırıcı təyyarəsi Kandil dağlarında iki kəndi bombardman edib.

Bu hücumun ehtimal olunan insan tələfatı və ya maddi zərər və ziyanları barədə məlumat yayılmayıb.

Bu hücum İraq dövlətinin Türkiyə hərbçilərinin bu ölkənin şimalındakı iştirakını qeyri-qanuni elan etdiyi bir vaxtda baş tutub.

Türkiyə hərbçilərinin İraqın şimalındakı iştirakı vətəndaş etirazlarına da səbəb olub.