Türkiyənin müdaxiləsi və avantürasına reaksiyalar
-
Türkiyənin müdaxiləsi və avantürasına reaksiyalar
İraqın nazirlər kabineti bu ölkənin sərhədləri və hakimiyyətini qırmızı xətt adlandırıb və vurğulayıb ki, heç kəsin ona təcavüz haqqı yoxdur.
İraqın nazirlər kabineti bir bəyanatda bildirib ki, bu ölkənin sərhədləri və hakimiyyəti qırmızı xəttdır və heç kəsin ona təcavüz haqqı yoxdur.
İraqın nazirlər kabineti bu bəyanatda İraqın baş naziri Heydər Əlibadiyə Türkiyə hərbçilərinin İraq ərazisindəki iştirakına münasib cavab və reaksiya vermək üçün tam ixtiyar veribdir.
İraqın nazirlər kabineti həmçinin bu ölkənin milli təhlükəsizlik şurasının Türkiyə hərbçilərinin İraq ərazisində iştirakı barədəki hər bir qərarını dəstəklədiyini bildirərək, vurğulayıb ki, bu qərarların icrasını izləyəcəkdir.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal da Türkiyənin İraqa quru qüvvələri göndərməsini bu ölkənin suverenliyinin pozulması və dinc yanaşı yaşama prinsipinin tapdanması adlandırıb.
İraq bundan qabaq öz qüvvələrini bu ölkə ərazisindən çıxarması üçün Türkiyəyə 48 saatlıq möhlət vermişdi, amma Ankara bildirdi ki, İraqa bundan artıq qüvvə göndərməyəcək və eyni zamanda, öz qüvvələrini bu ölkədən çıxarmayacaq.
İraq dövlətinin sözçüsü İraqın suverenliyini pozmasına görə, Türkiyəyə cavab verilməsini istəyib.
İraq dövlətinin sözçüsü Səəd Əlhədisi İraqın keçmiş diktatoru Səddam ilə Türkiyənin o zamankı dövləti arasında Türkiyə qüvvələrinə PKK qüvvələrini təqib etmək üçün İraqın 20 kilometr içərilərinədək daxil olmaq icazəsi barədəki şifahi razılaşmaya toxunaraq, bildirib ki, bu haqda heç bir mətn və sənəd mövcud deyil.
Belə bir halda, İraq vətəndaşları Türkiyə hərbçilərinin onların ölkələrinin ərazisindəki iştiraklarına etiraz olaraq, aksiya keçiriblər.
İraq vətəndaşları çərşənbə axşamı günü Türkiyənin Bağdaddakı səfirliyi önündə aksiya keçirərək, Türkiyə hərbçilərinin onların ölkələrinin ərazisindən tez bir zamanda çıxmalarını vurğulayıblar.
Aksiyaçılar şüar verərək, Türkiyənin İraqın işlərinə qarışmasını pisləyiblər.
Belə bir halda, Türkiyənin regiondakı avantüralarının şiddətlənməsi regionun mətbuat dairələrində geniş əks-səda doğurub.
Mətbuat dairələri Türkiyə dövlətinin region hadisələrindəki rolunu təxribatçılıq və gərginlik yaradan hərəkət kimi dəyərləndirərək, bildiriblər ki, region olaylarına əsasən, Türkiyə prezidentinin NATO-nu regiona çəkib gətirmək üzrə təxribatçı rolu aydın şəkildə görünür.
Regiondakı siyasi və mətbuat dairələri vurğulayıblar ki, Ərdoğan NATO-nu daxil etməklə regiondakı müsəlman ölkələrini çoxlu sayda böhranlara düçar etmək niyyətindədir, belə ki, Türkiyə İraq və Suriyada yaranmış böhranlarda da böyük rol oynayıbdır.