Cəfəri: Türkiyə əleyhinə şikayət edilməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200626-cəfəri_türkiyə_əleyhinə_şikayət_edilməlidir
İraqın xarici işlər naziri , öz qüvvəlrini bu ölkənin şimalından çıxartmamasına görə, ölkəsinin Türkiyəyə qarşı beynəlxalq və regional təşkilatlara şikayət etmək niyyətində olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 05:54 Asia/Baku
  • Cəfəri: Türkiyə əleyhinə şikayət edilməlidir
    Cəfəri: Türkiyə əleyhinə şikayət edilməlidir

İraqın xarici işlər naziri , öz qüvvəlrini bu ölkənin şimalından çıxartmamasına görə, ölkəsinin Türkiyəyə qarşı beynəlxalq və regional təşkilatlara şikayət etmək niyyətində olduğunu bildirib.

Süməriyə Nyus bildirir ki, İbrahim Cəfəri çərşənbə günü ABŞ prezidentinin anti-İŞİD terror koalisiyasındakı xüsusi nümayəndəsi Bert Mək Qorq ilə görüşdə deyib: Bağdad Ankaranın İraqa qarşı aşkar hərbi təcavüzünün ardınca bütün diplomatik tədbirlərə əl atıb.Amma, Türkiyənin öz qüvvələrini geri çəkməyəcəyi təqdirdə BMT-nin Təhlükəsizlik Şurasına şikayət edəcək.

İraqın xarici işlər naziri əlavə edib: Bağdadın öz qüvvələrini İraqdan çıxartması üçün Türkiyəyə təyin etdiyi müddət başa çatıb və Bağdad öz milli hakimiyyətinin pozulmasının qarşısını almaq və sərhədlərini qorumaq üçün BMT, Təhlükəsizlik Şurası, Ərəb Liqası və digər beynəlxalq təşkilatlara müraciət edəcək.

İbrahim Cəfəri əlavə edib: İraqın Xarici İşlər Nazirliyi bütün diplomatik tədbirlərə əl atıb və Türkiyənin Bağdaddakı səfirini də çağırtdırıb.

Mək Qorq da bu görüşdə deyib: Vaşinqton İraq və Türkiyəni daha yaxşı əlaqələrin qurulmasına dəvət və İraqın milli hakimiyyətini himayənin önəminə təkid edir.

ABŞ prezidentinin anti-İŞİD koalisiyasındakı xüsusi nümayəndəsi həmçinin deyib: ABŞ-ın Ankaradakı səfiri bizim bu məsələ ilə müxalifətimizi Türkiyə dövlətinə elan edib və məsələnin diplomatik yolla həllini vurğulayıb.