Fələstinin azadlığına qədər sionist rejimlə mübarizə davam edəcək
-
Fələstinin azadlığına qədər sionist rejimlə mübarizə davam edəcək
Fələstin Xalq Müqavimət Komitələri Fələstinin tam azadlığına qədər sionist rejimlə mübarizəni vurğulayıblar.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Fələstin Xalq Müqavimət komitələri terrorizmlə mübarizə koalisiyasının yaradılması üçün islam ölkələrinin siyahısının yayılmasına reaksiyada bildiriblər: İslam ölkələrinin ilk vəzifəsi sionist terrorizmlə mübarizə aparmaqdır.
Fələstin Xalq Müqavimət Komitələri bildiriblər: Öz hüququ və ərazilərini geri almaq üçün Fələstin xalqına kömək üzrə praktiki addımların atılması və maliyyə, silah və siyasi dəstəklərə ehtiyac vardır.
Səudiyyə Ərəbistanı informasiya agentliyi çərşənbə axşamı günü özbaşına bir hərəkətdə koordinasiya olmadan 34 islam ölkəsindən ibarəd siyahını yayımlayaraq bildirib ki, bu ölkələr Səudiyyə Ərəbistanının başçılığı ilə terrorizmlə mübarizə koalisiyasına üzvdürlər.
Ər-Riyad iddia edib ki, bu ölkələr terrorizmlə qarşı koalisiyaya qoşulmağa razılıq veriblər.
Bəzi ölkələr, o cümlədən Malayziya, İndoneziya və Misir Ər-Riyadın bu hərəkətinə qarşı çıxıblar.