Sürgün İsrail rejiminin İntifazəyə qarşı yeni siyasəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200917-sürgün_İsrail_rejiminin_İntifazəyə_qarşı_yeni_siyasəti
Sionist rejim Qüds İntifazəsinin qarşısını almaq üçün Qüdsdə yaşayan fələstinli gəncləri sürgün edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2015 08:06 Asia/Baku
  • Sürgün İsrail rejiminin İntifazəyə qarşı yeni siyasəti
    Sürgün İsrail rejiminin İntifazəyə qarşı yeni siyasəti

Sionist rejim Qüds İntifazəsinin qarşısını almaq üçün Qüdsdə yaşayan fələstinli gəncləri sürgün edir.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist rejimin yüksək rütbəli hərbçisi çərşənbə günü Qüdsdə yaşayan 13 gənc və yeniyetmə fələstinlinin sürgün edilməsinə göstəriş verib.

Fələstinli Əsirləri Himayə Mərkəzinin vəkili Müfid əl-Hacın dediyinə görə, sionist rejimin fələstinli gəncləri sürgün etməsi Qüds İntifazəsinin qarşısını almaq və onu repressiya etmək məqsədini daşıyır.

Sionist rejim hərbçiləri ötən oktyabrdan indiyə qədər 125 fələstinlini şəhid edib və minlərlə nəfəri də yaralayıblar.

Həmçinin sionistlərin hücumunda bir qrup fələstinlinin evi dağıdılıb.