Putinin xüsusi nümayəndəsinin İraqa səfəri
Dek 24, 2015 06:46 Asia/Baku
-
Putinin xüsusi nümayəndəsinin İraqa səfəri
Rusiya prezidentinin xüsusi nümayəndəsi çərşənbə günü Bağdada daxil olub və İraq rəsmiləri ilə regionun durumu haqda fikir mübadiləsi aparıb.
IRNA-nın məlumatına görə, Aleksandr Lavrinov və onu müşayiət edən heyət İraqın parlament sədri Səlim Əlcəburi ilə görüşdə bu ölkədəki cari böhranın mahiyyəti, eləcə də regionda terrorizmin yatırılması üzrə beynəlxalq səylər barədə danışıb.
Əlcəburi bu görüşdə rus tərəfə deyib ki, hazırkı problemlərin yeganə həll yolu, müştərək regional danışıqlardır.
Teqlər