İraqın qərbində onlarla terrorçu öldürülüb
-
İraqın qərbində onlarla terrorçu öldürülüb
İraq Ordusu Müştərək Əməliyyat Qərargahının sözçüsü bu ölknin qərbində onlarla terrorçunun öldürüldüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının Süməriyyə Nyuz portalına istinadla verdiyi məlumata görə, İraq Ordusu Müştərək Əməliyyat Qərargahının sözçüsü Səəd Məən bildirib: İraq ordusu qüvvələrinin Fəllucənin cənubunda keçirdiyi əməliyyatda 54 terrorçu öldürülüb.
Məən əlavə edib: İraq qüvvələri bu əməliyyatda terrorçuların 8 gizli məkanını məhv edib və Fəllucənin cənubunda 58 bombanı zərərsizləşdiriblər.
Başqa bir məlumata görə, İŞİD terror qruplaşması əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhərindən qaça bilməyən ata, ana və bir kiçik övladı olan bir ailəni qətlə yetirib.
İŞİD terror qruplaşması iki gün öncə hədələyib ki, Ər-Rəmadiyə doğru irəliləməkdə olan İraq qüvvələrinə tərəf qaçmaq istəyən hər bir ailənin üzvlərini edam edəcək.