Qərb sahilində onlarla fələstinli yaralanıb
-
Qərb sahilində onlarla fələstinli yaralanıb
Fələstinin Qırmızı Aypara Cəmiyyəti İordan çayının qərb sahilində baş verən qarşıdurmalarda onlarla fələstinlinin yaralandığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadlı məlumatına görə, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib: İordan çayının qərb sahilinin müxtəlif bölgələrində baş verən qarşıdurmalarda sionist hərbçilərin atəş açması nəticəsində 38 fələstinli gənc yaralanıb və onlarla nəfər də gözyaşardıcı və zəhərli qazların istifadə olunması nəticəsində xəsarət alıb.
Həmçinin İordan çayının qərb sahilinin mərkəzi olan Ramullah şəhərinin 23 yaşlı fələstinli gənci sionist hərbçilərin atəş açması nəticəsində yaralanıb və Qələndiyə və Cələzun düşərgələrində baş verən toqquşmalarda da onlarla nəfər xəsarət alıb.
Ramullah şəhərinin qərbində Nəleyn şəhərciyində sionist hərbi avtomobilinin vurması nəticəsində 40 yaşlı fələstinli yaralanıb.
Bu arada Nəleyn şəhərciyinin girişində baş verən toqquşma zamanı 4 fələstinli gənc yaralanıb.
Qilqiliyyə şəhərinin şərqində Kəfər Quddum şəhərciyi də sionist rejimin ayrıcı divar çəkməsi və qəsəbə salmasına qarşı keçirilən aksiyalar və qarşıdurmaların şahidi olub. Sionist hərbçilərin atəş açması nəticəsində bir fələstinli gənc yaralanıb.