İraqda iranlı hərbçi yoxdur
-
İraqda iranlı hərbçi yoxdur
İraq baş naziri ölkəsində iranlı hərbçilərin olduğunu rədd edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-ibadi Misirin əl-Şərq əl-Ousət İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: İran İraqın qonşusu və bu ölkə ilə uzun sərhədə malikdir. Lakin İraq ərazisində heç bir hərbi qüvvə yerləşdirməyib və Türkiyə rəsmilərinin bu barədəki iddiası ağ yalandır.
İraq baş naziri öz hərbi təlimçilərini qorumaq bəhanəsi ilə İraqın şimalına qüvvənin ezam olunması üzrə Türkiyənin iddiası barəsində bildirib: İŞİD terror qruplaşmasının İraq ərazisində olması Türkiyə üçün heç bir təhdid yaratmır. Çünki bu iki ölkənin sərhədində heç bir ərazini işğal etməyib.
Heydər əl-İbadi İraq ərazisində Türkiyədən başqa heç bir xarici quru qüvvənin olmadığını bildirərək əlavə edib: Türkiyə rəsmiləri iddia edirlər ki, öz hərbi təlimçilərini qorumaq üçün Neynəva vilayətinin mərkəzi olan Mosula daxil olublar. Halbuki Bağdad Ankaradan hərbi təlimçinin ezam olunmasını istəməyib.
İraq baş naziri bildirib: Terrorçuların əksəriyyətinin Türkiyə ərazisindən Suriyaya və oradan da İraqa daxil olduğu kimi , oğurluq neft və digər məhsulları da Türkiyə vasitəsi ilə qaçaq edilir.