Dek 27, 2015 13:25 Asia/Baku
  • Yəəlon: Nəsrullahın sözlərini ciddi sayırıq
    Yəəlon: Nəsrullahın sözlərini ciddi sayırıq

Sionist rejimin müharibə naziri Livan Hizbullahı baş katibinin Səmir Qəntarın qanının intiqamının alınması haqdakı sözlərinə ilk reaksiyada deyib ki, bu rejim Nəsrullahın sözlərini ciddi sayır.

Təsnim xəbər agentliyinin fələstinli medialara istinadlı məlumatına görə, Muşe Yəəlon Seyid Həsən Nəsrullahın Səmir Qəntarın terroru haqdakı sözlərinə reaksiyada deyib ki, Hizbullah və İran Cövlandan İsrail rejiminə qarşı hücumlar həyata keçirməyə və həmin nöqtədə bu rejimə qarşı bir cəbhə açmağa çalışırlar.

Sionist rejim qırıcıları ötən həftə Dəməşqin cənub ətrafındakı Caramana şəhərindəki bir binanı bombaladılar ki, nəticədə livanlı azadə Səmir Qəntar və bir qrup suriyalı şəhid oldu.

Seyid Həsən Nəsrullah vurğulayıb: Dost və düşmənə deyirik ki, İsrail rejiminin Qəntarı terror etmək üzrə hərəkətinə hər bir zaman və məkanda cavab verəcəyik və bu, bizim haqqımızdır.

Teqlər