Hənyə Həmas-ın sionist rejimin ehtimal olunan hər bir hücumuna cavabını vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201466-hənyə_həmas_ın_sionist_rejimin_ehtimal_olunan_hər_bir_hücumuna_cavabını_vurğulayıb
Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Hənyə sionist rejimin 2008-ci ildə Qəzzə zolağına qarşı əməliyyatının yeddinci ildönümü münasibətilə bildirib ki, sionist düşmən tərəfindən bu məntəqəyə qarşı hər cür avantüra müqavimətin qətiyyətli cavabı ilə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2015 15:18 Asia/Baku
  • Hənyə Həmas-ın sionist rejimin ehtimal olunan hər bir hücumuna cavabını vurğulayıb
    Hənyə Həmas-ın sionist rejimin ehtimal olunan hər bir hücumuna cavabını vurğulayıb

Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Hənyə sionist rejimin 2008-ci ildə Qəzzə zolağına qarşı əməliyyatının yeddinci ildönümü münasibətilə bildirib ki, sionist düşmən tərəfindən bu məntəqəyə qarşı hər cür avantüra müqavimətin qətiyyətli cavabı ilə üzləşəcək.

Həmas hərəkatının siyasi bürosunun sədri sionist rejimin Qəzzə zolağına qarşı ardıcıl hücumlarının müqavimətin qüdrətinin artmasına səbəb olduğunu bildirərək, deyib: 2008-ci il döyüşündə şəhid olanlar qələbələrdə öncül bir nəsldir ki, Fələstin müqaviməti onu reallaşdırıbdır.

2015-ci il dekabrın 27-si sionist rejimin Qəzzə zolağına qarşı təcavüz və döyüşünün başlanmasının yeddinci ildönümünə təsadüf edir ki, onun birinci günündə təqribən səksən sionist qırıcı Qəzzə zolağının müxtəlif məntəqələrində onlarla hədəf və mərkəzi bombaladı və 200-dən çox fələstinlini şəhid etdi.

Bu qeyri-bərabər döyüşdə təqribən 1330 fələstinli şəhid oldu və təqribən 5500 nəfər də yaralandı.