İslam dünyası beynəlxalq imperializmin regiondakı məqsədləri qarşısında müqavimət potensialına malikdir
-
İslam dünyası beynəlxalq imperializmin regiondakı məqsədləri qarşısında müqavimət potensialına malikdir
Livan Hizbullahının baş katibinin əvəzi deyib: İslam dünyası regionda imperialist ölkələrlə mübarizə potensialına malikdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Şeyx Nəim Qasim 29-cu Beynəlxalq İslam Birliyi Konfransının kənarında jurnalistlərə verdiyi açıqlamada deyib: Beynəlxalq imperializm, xüsusilə də Amerika Yaxın Şərq regionuna ideoloji, iqtisadi və ictimai nəzarət etməyə çalışır və bu məkrli planın icrası istiqamətində irimiqyaslı addımlar atır.
Yaxın Şərq regionuna nəzarəti gerçəkləşdirmək üçün beynəlxalq imperializmin çeşidli yollardan istifadə etməsinə toxunan Şeyx Nəim Qasim əlavə edib: Onlar bəzən işğalçılıqla, islam ümməti arasında nüfuz edirlər. Necə ki, bu məsələ işğal olunmuş Fələstində baş verdi. Hazırda da İraq, Yəmən və digər islam ölkələrində bu planı izləyirlər.
Livan Hizbullahının baş katibinin əvəzi imperialist quruluşun nüfuz üçün digər yolunu müstəbid və mürtəce hökumətlər, eləcə də təkfirçi terrorçu qruplaşmalardan istifadə etmək adlandırıb və deyib: Bu vasitədən istifadə etmək region və islam dünyası üçün böyük təhdid hesab olunur.