Dek 29, 2015 14:17 Asia/Baku
  • İŞİD İraq və Suriyada cinayətlərini davam etdirir
    İŞİD İraq və Suriyada cinayətlərini davam etdirir

İŞİD terror qruplaşması İraqın şimalında Neynəva vilayətinin cənubunda bir kəndin sakinlərini edam edib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Neynəva vilayətinin yerli rəsmisi bildirib: İŞİD terror qruplaşması yeni cinayətində əl-Hud kəndinin sakinləri, o cümlədən qadın, uşaq və yaşlı insanları bu terror qruplaşmasının Neynəva vilayətindəki iştirakına qarşı çıxdığına görə edam edib.

Neynəva vilayətinin cənubunda əl-Hud kəndi sakinləri bir neçə ay öncə İŞİD-çiləri bu kənddən qovmuşdular. Onlar terrorçuların Ər-Rəmadidədn geri çəkilməsi ilə bir daha terrorçuları kənddən geri çəkilməyə məcbur etmək istəyirmişlər.

Başqa bir məlumata görə, İŞİD-ə qoşulmuş qadınlardan ibarət əl-Xənsa batalyonu Suriyanın şimal-şərqində Riqqə şəhərində günahsız ananı övladına süd vermək ittihamı ilə doğrayıb.

Təxminən 60 İŞİD-çidən təşkil olunan ingilis əl-Xənsa batalyonu cihad nikahı üçün qızları xidmətə götürmək və İŞİD terror qruplaşmasının qanunlarını pozanları cəzalandırmaq vəzifəsini icra edir.

Beynəlxalq terrorizm göstəricisi Ərəbistanın neft dollarları ilə dəstəklənən İŞİD terror qruplaşmasının 2014-cü ildə terrorları nəticəsində 6073 nəfərin qətlə yetirildiyini əks etdirir.

Teqlər