Dek 30, 2015 14:54 Asia/Baku
  • Azad olunmuş Ər-Rəmadi şəhərində minlərlə evə xəsarət dəyib və dağıdılıb
    Azad olunmuş Ər-Rəmadi şəhərində minlərlə evə xəsarət dəyib və dağıdılıb

İraqın yerli rəsmisi ölkənin qərbində azad olunmuş Ər-Rəmadi şəhərində 3 mindən çox evin dağıdıldığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının İraqın Süməriyyə Nyuz telekanalının internet portalına istinadla verdiyi məlumata görə, əl-Anbar vilayətində Ər-Rəmadi Şəhər Şurasının üzvü İbrahim əl-Əvsəc bu gün deyib: Terror hücumları və hərbi əməliyyat nəticəsində bu şəhərdə 3 mindən çox yaşayış massivi tamamilə dağılıb.

Əl-Əvsəc əl-Anbar vilayətində infrastrukturların dağılmasına toxunaraq əlavə edib: Bu əməliyyat nəticəsində həmçinin Ər-Rəmadi şəhərində minlərlə evə də xəsarət dəyib.

Ər-Rəmadi Şəhər Şurasının üzvü bildirib: Əl-Anbar vilayətində təmirlər və bu məntəqəni İŞİD terrorçularının işğalından öncəki vəziyyətə qaytarmaq üçün minimum 40 milyard dollar vəsait xərclənməlidir.

İraq silahlı qüvvələri iki gün öncə Ər-Rəmadi şəhərini İŞİD terrorçularında azad edib və terrorçuların işğalında olan digər bölgələri azad etmək üçün hələ də səy göstərirlər.

İŞİD 2014-cü ilin iyun ayında İraqın şimal və qərbində bir sıra bölgələri işğal edib.

Teqlər