Əlibadi Türkiyə hərbçilərinin İraqda iştiraklarını gərginlik amili adlandırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202188-Əlibadi_türkiyə_hərbçilərinin_İraqda_iştiraklarını_gərginlik_amili_adlandırıb
İraqın baş naziri Türkiyə hərbçilərinin İraqdan çıxmaları vacibliyini vurğulayaraq, deyib ki, Türkiyə qüvvələrinin Mosul yaxınlığında iştirakları bir çox problem və gərginlik yaradıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2015 05:57 Asia/Baku
  • Əlibadi Türkiyə hərbçilərinin İraqda iştiraklarını gərginlik amili adlandırıb
    Əlibadi Türkiyə hərbçilərinin İraqda iştiraklarını gərginlik amili adlandırıb

İraqın baş naziri Türkiyə hərbçilərinin İraqdan çıxmaları vacibliyini vurğulayaraq, deyib ki, Türkiyə qüvvələrinin Mosul yaxınlığında iştirakları bir çox problem və gərginlik yaradıbdır.

Suməriyyə Nyus xəbər portalının məlumatına görə, Heydər Əlibadi çərşənbə günü türkiyəli həmkarı Əhməd Davudoğlu ilə telefon əlaqəsində əlavə edib: Bağdad İraqın mərkəzi dövlətinin xəbəri və razılığı olmadan bu ölkəyə girmiş və bir çox problem və gərginlik yaratmış Türkiyə hərbçilərinin bu ölkədə iştiraklarını qətiyyətlə rədd edir.

Əlibadi həmçinin deyib ki, türkiyəli heyətin Bağdada səfər zamanı bu ölkə hərbçilərinin İraqdan çıxmaları ilə razılaşmasına rəğmən, Türkiyə dövləti indiyədək bu razılaşmaya sadiq olmayıbdır və Ankara tez bir zamanda öz qüvvələrini İraqdan çıxarmalı və bu ölkənin hakimiyyətinə hörmət etməlidir.

Türkiyənin baş naziri də bu telefon söhbətində İraqın dövləti və xalqının İŞİD üzərindəki qələbələri və Ərrəmadi şəhərini azad etmələrini təbrik deyərək, bildirib ki, Türkiyə hərbçilərinin İraqda qalmaq fikirləri yoxdur.

Türkiyə-İraq əlaqələrindəki böhran dekabrın üçündə 1200 türkiyəli hərbçinin İraqın Niynəva vilayətindəki Bəəşiqə məntəgəsinə daxil olması ilə başlanıb.