Hadi Əlamiri: Xalq səfərbər qüvvələri İraqın tam azad edilməsinədək meydanda qalacaqlar
-
Hadi Əlamiri: Xalq səfərbər qüvvələri İraqın tam azad edilməsinədək meydanda qalacaqlar
İraqda Bədr təşkilatının baş katibi bildirib ki, xalq səfərbər qüvvələri İraqı terrorçulardan tam şəkildə təmizləyənədək öz uniformalarını çıxarmayacaqlar.
Əlmustəqbəl xəbər agentliyi İraqda Bədr təşkilatının baş katibi Hadi Əlamiriyə istinadla bildirib ki, xalq səfərbər qüvvələri öz uniformalarını İraqın İŞİD terrorçularından tam şəkildə təmizlənəcəyi zaman çıxaracaqlar.
Əlamiri həmçinin İŞİD-in zəifləməsindən xəbər verərək, deyib: İŞİD öz qüvvələrinin böyük bir qisminin öldürülməsi və ələ keçirdiyi məntəqələrin bir hissəsnin itirildiyi üçün zəifləyib və keçmişdəki kimi ordu, xalq səfərbər və köçəri tayfa qüvvələri qarşısında duruş gətirə bilmir.
Əlamiri İŞİD-in əsas qərargahı olan Mosulıun azad edilməsinin yaxın olduğunu bildirərək, deyib ki, Mosul, Huvəycə, Şərqat və Fəllucənin azad edilməsi Bədr təşkilatının əsas hədəfləridir və bu məntəqələr yaxın gələcəkdə azad ediləcəklər.
İraq ordusu dekabrın 28-də Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin azad edildiyini bildirdi, lakin İŞİD qüvvələri bu şəhərin bəzi hissələrində qalmaqda davam edirlər və ordu yaxın gələcəkdə bütün şəhəri təmizləməyə çalışır.