İraqda onlarla terrorçu öldürülüb
Dek 31, 2015 18:55 Asia/Baku
-
İraqda onlarla terrorçu öldürülüb
İraqın şimalında kürd peşmərgə qüvvələrilə döyüşdə onlarla terrorçu öldürülüb.
Əlaləm telekanalının məlumatına görə, çərşənbə günü Niynəva vilayətinin Sincar məntəqəsində baş vermiş bu döyüşdə kürd peşmərgə qüvvələri onlarla İŞİD terrorçusunu öldürmək və yaralamaqdan əlavə, beş bomba qoyulmuş avtomobili aşkarlamağa müvəffəq olub və bombaları zərərsizləşdiriblər.
İraqın ordusu və xalq qüvvələri çərşənbə günü Kərkükün cənubunda 27 terrorçunu öldürməyə müvəffəq olublar. Onlar İŞİD başçılarından biri daxil olmaqla bu terror qrupu ünsürlərindən bir qismini həbs ediblər.