Türkiyə hərbçilərinin İraqın şimalından çıxmaları təkzib olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202400-türkiyə_hərbçilərinin_İraqın_şimalından_çıxmaları_təkzib_olunub
İraq parlamentində Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Türkiyə hərbçilərinin İraqın şimalından çıxmalarını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 16:00 Asia/Baku
  • Türkiyə hərbçilərinin İraqın şimalından çıxmaları təkzib olunub
    Türkiyə hərbçilərinin İraqın şimalından çıxmaları təkzib olunub

İraq parlamentində Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Türkiyə hərbçilərinin İraqın şimalından çıxmalarını təkzib edib.

Suməriyyə Nyus internet portalının məlumatına görə, İraq parlamentində Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü İsgəndər Vətut cümə günü Türkiyə hərbçilərinin İraqın şimalından çıxmaları barədəki iddiaları təkzib edərək, bildirib ki, Bəəşiqə düşərgəsindəki Türkiyə qüvvələrinin sayı daim artmaqdadır.

İraq parlamentində Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü sonra deyib: Türkiyə qüvvələri İraqın Mosul şəhərinin yaxınlığındakı Bəəşiqə məntəqəsindəki Zəlikan qarnizonundan çıxmayıblar, əksinə bu qüvvələrin sayı günbəgün artmaqdadır.

İraqın hökumət başçıları Türkiyə hərbçilərinin bu ölkədə iştiraklarının davam etməsi haqda dəfələrlə Ankaraya xəbərdarlıq ediblər.

İraqın xarici işlər naziri İbrahim Cəfəri isə deyib: Əgər Türkiyə öz qüvvələrini bu ölkədən çıxarmazsa, bütün seçimlər, o cümlədən bu hərəkətlə ciddi rəftar üçün iqtisadi sanksiyalar icra olunacaq.

Türkiyə-İraq əlaqələrində böhran 2015-ci il dekabrın üçündən 1200 Türkiyə hərbçisinin Niynəva vilayətindəki Bəəşiqə məntəqəsinə daxil olması ilə başlandı.