Yan 02, 2016 18:27 Asia/Baku
  • Ərəbistanın böyük ruhanisi Ayətullah Nimrin bioqrafiyası
    Ərəbistanın böyük ruhanisi Ayətullah Nimrin bioqrafiyası

Ərəbistanın dini və siyasi tanınmış şəxsiyyəti, Ayətullah Şeyx Nimr Baqir əl-Nimr bu ölkə şiələrinin siyasi, ictimai və dini məlumatının artırılmasında əsaslı rola malik idi.

Səhər Beynəlxalq Televiziyasının Əl-Vəi Nyuz internet portalına istinadla verdiyi məlumata görə, o iman, məntiq və məzlum və məhrumların müdafiəsi üzrə şücaətli siyasi və dinc fəaliyyətlərlə məşhur idi. Əl-Nimr səudiyyəli başçıların hakimiyyətini tənqid etdiyinə və ona qarşı olduğuna görə bunu canı ilə ödədi.

Ayətullah Şeyx Nimr Baqir əl-Nimr Ərəbistanın şərqində Qətif vilayətinin əl-Əvamiyyə şəhərində 1379-cu hicri qəməri ilində dünyaya göz açıb. O, Ayətullah Şeyx Məhəmməd İbn Nasir Ali-Nimr kimi məşhur və misilsiz ruhaniləri olan ali məqamlı ailədə böyüyüb başa çatmışdır. Əl-Nimr ailəsi həmçinin babası Hacı Əli İbn Nasir Ali-Nimr kimi tanınmış xətibləri yetişdirmiş və ictimaiyyətə təqdim etmişdir.

O ibtidai təhsilini əl-Əvamiyyə şəhərində bitirmiş və 1400-cu hicri qəməri ili, 1989-cu ildə İran İslam İnqilabı ilə daha yaxından tanış olmaq və dini təhsil almaq üçün İrana səfər etmiş və Tehranda Həzrət Qaim (əc) dini elmlər hövzəsində təhsil almağa başlamışdır. Bu dini elmlər hövzəsi həmin ildə Ayətullah Seyid Məhəmməd Tağı Müdərrisi tərəfindən təsis olunmuşdu.

Şeyx Nimr Həzrət Qaim (əc) dini elmlər hövzəsində 10 il təhsil aldıqdan sonra öz dini təhsilini davam etdirmək üçün Suriyaya getmiş və Həzrət Zeynəb (s.ə) dini elmlər hövzəsində fəaliyyətlə məşğul olmuşdur.

Şeyx Nimr Tehran və Suriyada təhsili dövründə müxtəlif dini alimlərin elmindən faydalanmışdır. Onlardan

Tehranda Ayətullah Seyid Məhəmməd Tağı Müdərrisi, Suriyada Ayətullah Seyid Abbas Müdərrisi, Suriyada Ayətullah Xaqani, Tehranda Şeyx Sahib əl-Sadiq və Tehranda Şeyx Vəhid Əfqanini misal göstərmək olar. O həmmçinin Qum şəhərində Ayətullah Şirazidən əxlaq dərsi almış və beləliklə ictihadda yüksək dərəcəyə nail olmuş və dini və məzhəb elmləri mərkəzində tədris etmək icazəsi almışdır.

Əl-Nimr dini elmlər hövzəsində tanınmış və layiqli din və məzhəb elmləri müəllimlərindən biri hesab olunur. O hətta İran və Suriya dini elmlər hövzələrində Şəhid Seyid Məhəmməd Baqir Sədrin "Əl-Lümətül-Dəməşqiyyə", "Camiul-Mədarik", "Müstəmsik ürvətül-Vusqa" və "Əl-Həlqat" kimi kitabları tədris etmişdir.

Şeyx Nimr illərlə Tehran və Suriyada dini elmlər hövzələrində tədrislə məşğul olmuş və bu mərkəzlərin inkişafı üçün çoxlu səylər göstərmişdir.

O Ərəbistana qayıtdıqdan sonra əl-Əvamiyyədə əl-İmam əl-Qaim (əc) dini mərkəzini təsis etdi. Əslində 1422-ci hicri qəməri ilində (2011) islam mərkəzinin əsasını qoydu.

Əl-Nimr yüksək əxlaq, güclü iradə və əhval-ruhiyyəyə malik bir şəxs idi. O islam dininin prinsip və dəyərlərinə sadiq idi və bu, onun cihad və düşüncə tərzində özünü əks etdirirdi.

Əl-Nimr daxili və regional səhnədə güclü təsirə malik saysız fəaliyyətlər göstərmiş və onun təsiri ictimai, siyasi baxışında daha çox diqqəti cəlb etmişdir.

Ayətullah Nimr cümə namazları təşkil etməklə, qadınların iştirakına şərait yaratmaqla və onların potensialından dini və ictimai sahələrdə istifadə etməklə, eləcə də müraciətli nitqlər söyləməklə, regionda və ondan kənarda dini və elmi seminarlar təşkil etməklə, Əvamiyyədə ictimai fikri aydınlatmaq istiqamətində araşdırmalar, məqalələr çap etməklə yüksək rola malik olmuşdur.

O dəfələrlə Mədinədə Bəqi qəbiristanlığının bərpa edilməsini tələb etmiş və həmin səbəbə görə dəfələrlə polis tərəfindən çağırılmış və təzyiqə məruz qalmışdı. O 1428-ci hicri qəməri ilində analoqu olmayan bir addımda Ərəbistan şiələrinin tələblərinin siyahısını Əl-Şərqiyyə məntəqəsinin əmirinə vermişdi. Belə ki, Səəd əl-Fəqih hökumətin müxalif sünni ruhanisi olaraq Ərəbistanın sünni alimlərindən istəyib ki, Ayətullah Nimrdən öz tələblərini irəli sürmək metodunu öyrənsinlər.

O 1429-cu hicri qəməri ili məhərrəm ayında Cəbhə əl-Rəşidə adlı müxalif təşkilatın formalaşdırılmasını istəyib. Onun dediyinə görə, bu təşkilatın vəzifəsi ictimai korrupsiya, dini ayrı-seçkilik, Əhli-Beyt (ə) ardıcıllarına qarşı siyasi zülm və sitəmlə mübarizə idi.

Ayətullah Nimr 2011-ci ildə Tunis və Misirə hakim rejimlərin devrilməsi və Bəhreyn xalq inqilabının başlanması ilə 2008-ci il avqust ayından Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən tətbiq olunan rəsmi qadağaya çıxışları və tədrisləri ilə son qoydu və "Ərəb baharı" adlanan proses ərzində formalaşan olaylardan faydalandı və öz çıxışlarını siyasi dəyişiklik mehvərliyi əsas təşkil edən siyasi azadlıqdan danışmağa başladı.

Əl-Qətif gəncləri 2011-ci ildə regionda yaranmış siyasi şərait sayəsində bir neçə yürüş keçirərək 9 siyasi məhbusun azad olunmasını tələb etdilər. O zamanda onların həbsindən 16 il keçirdi və onlar unudulmuş məhbuslar kimi xatırlanırdı.

Səudiyyəli işğalçı qüvvələrin "Ada Sipəri" adı altında Bəhreynə daxil olmaları ilə Ərəbistanın əl-Qətif bölgəsində siyasi fəaliyyət və etirazların çevrəsi genişlənməyə başladı.

Səudiyyə rejimi yüzlərlə gənci keçirilən etirazlarla əlaqədə olmaq ittihamı ilə həbs etdi. Ayətullah Nimr var-gücü ilə etirazlar və açıqlamalarla bağlı ictimaiyyətin haqqını müdafiəyə qalxdı.

Əl-Qətif məntəqəsini sərt bir vəziyyətə salmağı düşünən təhlükəsizlik qüvvələri öncədən hazırlanmış plan əsasında əl-Əvamiyyə gənclərinin hərəkətini repressiya etmək istəyirdilər. Ayətullah Nimr gənclər hərəkatından o gecədə aksiya keçirməmələrini istədi.

Əl-Nimr beləliklə əl-Əvamiyyə gənclərinin qətlə yetirilməsinin qarşıını aldı və səudiyyəli təhlükəsizlik qüvvələrinin nəhs planını uğursuzluğa uğratdı.

Əl-nimr öz tarixi çıxşında Ərəbistanın əl-Şərqiyyə məntəqəsi gənclər hərəkatının dinc etirazlarını vurğuladı.

Əl-Əvamiyyə hadisələri kimi məşhurlaşan 2011-ci il oktyabr hadisələri Ayətullah əl-Nimrin rəhbərlik rolunu isbata yetirdi və səudiyyəli hakimlərə açıq şəkildə əks etdirdi ki, o bu bölgədə xalq hərəkatının rəhbəridir.

Səudiyyə rejimi Ərəbistanda xalq hərəkatını sərt şəkildə repressiyaya israr etdi və elə buna görə, əl-Nimr öz mövqeyini tam şəkildə möhkəmlətdi və açıq-aşkar şəkildə Ər-Riyadın ayrı-seçkilik siyasətləri, söz və ifadə azadlığını repressiya etməsi və var-dövlət və iqtidarı monopoliyada saxlamasına qarşı çıxdı.

Səudiyyəli qüvvələr 2012-ci ilin 8 iyulunda Ayətullah əl-Nimrin yoluna pusqu qoyub, onun avtomobilinə doğru atəş açdılar. Nəticədə onun sağ ayağına 4 güllə dəydi. Özünü itirmiş Ayətullah Nimri hadisə yerindən oğurlayıb, əl-Zəhranda hərbi hospitala, sonra Ər-Riyadda təhlükəsizlik qüvvələrinin xəstəxanası, ardınca isə əl-Hair həbsxanasına köçürdülər.

Ali-Səud rejimi 950 gündən sonra icazə verdi ki, həkimlər Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin ayağındakı 4-cü gülləni çıxarsınlar.

Ayətullah Nimrin həbsi zamanından ayağında qalan bu güllə, 4 illik işgəncə və ağrıdan əlavə digər xəstəliklərə də səbəb olmuşdu.

Səudiyyə Ərəbistanı 2013-cü il mart ayında ailəsinə məlumat verilmədən onun ilk məhkəmə iclasını təşkil etdi. Bu məhkəmədə baş prokuror Ayətullah Nimrin edama məhkum edilməsini istədi və bununla əlaqədar ona qarşı bir neçə saxta ittiham irəli sürdü.

Ərəbistan Daxili İşlər Nazirliyi şənbə günü bildirib: Bu şiə ruhani terror ittihamı ilə edam olunub. Bu nazirlik həmin ittihamla 46 nəfərin də edam olunduğunu bildirib.

Teqlər