İraqlılar Bağdadda Ərəbistana qarşı aksiya keçirdilər
-
İraqlılar Bağdadda Ərəbistana qarşı aksiya keçirdilər
Minlərlə iraqlı Ərəbistanın mübariz ruhanisi Ayətullah Nimr Baqir əl-Nimrin edam olunmasına etiraz olaraq aksiya keçirib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, bazar ertəsi günü Bağdadda keçirilən aksiyada iraqlılar Ayətullah Nimrin edam edilməsini pisləyib, Ali-Səud rejiminin mühakimə edilməsi vu bu rejimə qarşı islam ölkələri tərəfindən iqtisadi embarqonun qoyulmasını vurğulayıblar.
Bu məlumata görə, qəzəbli iraqlılar bir anda Səudiyyə Ərəbistanı səfirinin iqamətgahına daxil olmaq istəyiblər. Lakin təhlükəsizlik qüvvələri buna mane olublar.
Etirazçılar şüarlar səsləndirərək Ali-Səudun cinayətini pisləyib və Ərəbistna səfirinin İraqdan çıxarılmasını istəyiblər.
İraqın dini şəxsiyyətləri bildiriblər ki, Ayətullah Nimrin şəhid edilməsində Ali-Səudun məqsədi müsəlmanlar arasında fitnə yaratmaqdır.