İraqda Ərəbistan məhsullarının boykot edilməsinə başlandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203121-İraqda_Ərəbistan_məhsullarının_boykot_edilməsinə_başlandı
İraqda ictimai fəallar Ərəbistan məhsullarının boykot edilməsi aktına başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 16:48 Asia/Baku
  • İraqda Ərəbistan məhsullarının boykot edilməsinə başlandı
    İraqda Ərəbistan məhsullarının boykot edilməsinə başlandı

İraqda ictimai fəallar Ərəbistan məhsullarının boykot edilməsi aktına başlayıblar.

İRNA-nın məlumatına görə, İraqda Ərəbistan məhsullarının boykot edilməsi proqramı "Ya Sarətül-Nəmr" adı altında Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nəmr Baqir əl-Nəmrin edam edilməsinə reaksiya olaraq, sosial şəbəkələrdə fəaliyyətə başlayıblar.

İraqın ictimai fəalları ötən iki ildə ən azı iki dəfə İraqın müxtəlif şəhərlərində və sosial şəbəkələrdə Ərəbistan məhsullarının boykot edilməsi üzrə fəaliyyət göstəriblər.

Bir çox sosial şəbəkə operatorları bu layihəni müsbət qarşılayıb və bildiriblər ki, əgər İraq bu gün Ali-Səud ilə silah dili ilə danışa bilmirsə, Ərəbistan məhsullarını boykot etməklə onları zillətə sala bilər.

Bu ictimai fəaliyyətlərin tezliklə İraqın müxtəlif şəhərlərində küçələrə, bazarlara və mağazalara genişləndirilməsi gözlənilir.

Ərəbistan məhsullarının boykot edilməsi layihəsi Ərəbistan ən iri süd məhsulları istehsalçısı olan "Əl-Mərai" şirkətinin adını öz siyahısın başında qərar verib.