BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı şərait barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204486-bmt_suriyanın_deyruz_zur_şəhərində_acınacaqlı_şərait_barədə_xəbərdarlıq_etdi
BMT Suriyanın Deyruz-Zur şəhərində həyatın acınacaqlı şəraitdə olması barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2016 10:53 Asia/Baku
  • BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı şərait barədə xəbərdarlıq etdi
    BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı şərait barədə xəbərdarlıq etdi

BMT Suriyanın Deyruz-Zur şəhərində həyatın acınacaqlı şəraitdə olması barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, BMT şənbə günü bir məlumat yayaraq təxminən 200 min suriyalının Deyruz-Zur şəhərində acınacaqlı şəraitdə olması və ərzaq maddələrinin çatışmazlığında əziyyət çəkmələri barədə xəbərdarlıq edib.

Deyruz-Zur şəhərinin qərb hissələri 2015-ci ilin mart ayından İŞİD terror qruplaşmasının işğalındadır.

BMT bildirib ki, Suriyanın Deyruz-Zur şəhərinə dövlət yardımları dayanıb və bu şəhərdə içməli su ehtiyatları çox məhduddur və aylardır ki, bu şəhərdə elektrik yoxdur.

BMT Deyruz-Zur şəhərində 200 min nəfərin aclıqla üzləşdiyinə diqqət çəkərək bildirib ki, qeyri-rəsmi hesabatlara əsasən İŞİD terrorçularının işğalı altında olan bu şəhərdə onlarla nəfər aclıq nəticəsində dünyasını dəyişib.