İraq baş naziri Türkiyəyə müraciət etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205119-İraq_baş_naziri_türkiyəyə_müraciət_etdi
İraq baş naziri Türkiyənin İŞİD terror qruplaması qarşısındakı mövqeyini dəyişdirməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2016 09:19 Asia/Baku
  • İraq baş naziri Türkiyəyə müraciət etdi
    İraq baş naziri Türkiyəyə müraciət etdi

İraq baş naziri Türkiyənin İŞİD terror qruplaması qarşısındakı mövqeyini dəyişdirməsini istədi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi Amerikanın CNBC telekanalı ilə müsahibədə deyib: Türkiyə PKK qüvvələri ilə döyüşməklə bağlı öz diqqətini İŞİD terror qruplaşması ilə mübarizəyə yönəltməlidir. Çünki Türkiyə PKK ilə döyüşdə bu döyüşü İraq və Suriyaya doğru genişləndirir.

Türk hərbçilərin İŞİD-lə mübarizə üçün İraq ərazisinə daxil olması ilə bağlı Türkiyənin hərəkətini tənqid edən əl-İbadi bildirib: Bu hərəkət iki ölkə əlaqələrinə zərbə vurur. Çünki Türkiyənin İraqın Neynəva vilayətinin mərkəzi olan Mosulda İŞİD-lə mübarizədə heç bir rolu yoxdur.

İraq baş naziri əlavə edib: İŞİD Türkiyənin Suriya ilə sərhədindədir və Ankara İŞİD-lə mübarizə niyyətindədirsə, Suriya ilə sərhədində terrorçularla döyüşməlidir.

Heyər əl-İbadi həmçinin Türkiyə rəsmiləri ilə İŞİD-in əlaqəsi və bu barədə sənədlərin olmasına toxunaraq bildirib: Türkiyə daxilində partlayış və terror aktlarında İŞİD-in hərəkəti bu ölkə üçün xəbərdarlıq ola bilər.