İraqın Ərrəmadi şəhərində beş məntəqə İŞİD-çilərdən təmizlənib
-
İraqın Ərrəmadi şəhərində beş məntəqə İŞİD-çilərdən təmizlənib
İŞİD başçılarının İraqın Ələnbar vilayətindən qaçmaları ilə bu vilayətin mərkəzi olan Ərrəmadi şəhərində daha beş məntəqə İŞİD-çilərdən təmizlənib.
Sputnik xəbər agentliyinin məlumatına görə, İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Məən deyib ki, bu ölkənin təhlükəsizlik qüvvələri Ələnbar vilayətində İŞİD-ə qarşı əməliyyatlarının davamında Ərrəmadinin şərqindəki beş məntəqəni İŞİD terrorçularından təmizləyiblər və hazırda təkcə Ələnbarın şərqindəki Fəllucənin mərkəzi İŞİD-in işğalı altındadır.
Səəd Məən əlavə edib ki, İŞİD-çilər Fəllucədə böhranla üzləşiblər və bu terror qrupunun bəzi başçıları digər məntəqələrə qaçıblar.
İraq Daxili İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, İraqın ordusu və xalq qüvvələrinin ardıcıl qələbələrilə 2016-cı il İraq torpağının təkfirçilərin işğalından tam şəkildə azad edilməsi ili olacaq.