Fev 02, 2016 13:24 Asia/Baku
  • İraqın Niynəva vilayətində üç kənd azad edilib
    İraqın Niynəva vilayətində üç kənd azad edilib

Kürd və sünni qüvvələr İraqın Niynəva vilayətində üç kəndi terrorçuların əlindən azad edə biliblər.

İraqın Əlsuməriyyə xəbər agentliyinin məlumatına görə, Niynəva villayətində xalq könüllüləri və "Həşəd Əl-Vətəni" qüvvələrinin informasiya üzrə məsul şəxsi Mahmud Surçi deyib ki, Əlqəyarə şəhərində üç kənd sünni və kürd köçəri tayfa silahlılarının həmkarlığı ilə İŞİD terrorçularından azad edilib.

Surçi əlavə edib: İŞİD terrorçularına qarşı hücumda bu cinayətkar qrupun 35 ünsürü məhv edilib.

Belə bir halda, İraqlı Didərginlərə Yardım Baş Komitəsi İraqın qərbində yerləşən Ələnbar vilayətindəki Fəllucə şəhərinin mühasirəsi haqda xəbərdarlıq edib.

İraqlı Didərginlərə Yardım Baş Komitəsinin sözçüsü Əbdülqadir Əl-Cəmili deyib: İŞİD terror qrupu İraq əhalisindən 105 min nəfəri Fəllucənin mərkəzində mühasirə edib və hazırda bütün anbarlar boşdur və onların qida maddələri qurtarıbdır.

İraq ordusunun son qələbələrinin ardınca İŞİD terror qrupu şəhərləri mühasirə etməyə və insanları girov götürməyə üz tutubdur.

İraqdan daxil olan digər bir xəbərə görə, İŞİD müftisi bu terror qrupunun komandanlarından biri ilə yanaşı, İraqın ordusu və xalq qüvvələrinin Ələnbar vilayətində yerləşən Ərrəmadi şəhərinin şərqinə qarşı hücumunda öldürülübdür.

Terrorçu-təkfirçi İŞİD qrupu 2014-cü ilin iyunundan bəri İraq və Suriyanın bəzi məntəqələrini işğal edibdir.

Teqlər