Fev 04, 2016 10:44 Asia/Baku
  • Bəşşar Cəfəri: Cenevrə müzakirələri Ərəbistan, Qətər və Türkiyənin təzyiqləri ilə təxirə salınıb
    Bəşşar Cəfəri: Cenevrə müzakirələri Ərəbistan, Qətər və Türkiyənin təzyiqləri ilə təxirə salınıb

Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib: Suriya hökuməti ilə müxalif olanlar regional qüdrətlər xüsusi ilə də Ərəbistanın təzyiqləri altında Cenevrə sülh müzakirələrini tərk etmək istəyirlər və BMT Cenevrə slüh müzakirələrini 25 fevrala kimi təxirə salmaqla müxaliflərin müzakirələrdən çıxmasını önləməyə çalışıb.

Röyters-in verdiyi məlumata görə, Bəşşar Cəfəri çərşənbə günü jurnalistlərə deyib: Biz bilirdik ki, Ər-Riyadda yerləşən müxalif cinah müzakirələrdən kənara çəkilmək niyyətindədir. Və buna görə də De Misturanın açıqlaması bir növ onların müzakirələrdən çıxması üçün siyasi örtük sayılır.

Suriyanın BMT-dəki nümayəndəsi çərşənbə günü bildirib ki, Cenevrə slüh müzakirələri 25 fevral tarixinə kimi təxirə salınıb.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura deyib: Sülh müzakirələri məğlubiyyətə düçar olmayıb. Əksinə, ABŞ və Rusiya kimi beynəlxalq tərəflərin himayəsinə ehtiyaclıdır.

Deyilənlərə görə Suriya böhranı ilə bağlı Cenevrə sülh müzakirələri ətrafında yaranan problemlər Suriya hökuməti ilə müxalif olan qruplar tərəfindən yaradılıb. Ərəbistan, Qətər və Türkiyə tərəfindən himayə olunan bəzi qruplar Suriya kürdlərinin müzakirələrdə iştirak etməsi ilə müxalifət ediblər. Amma, Amerika, BMT və Rusiya bu məsələyə təkid edirlər.

Teqlər