İraqın qərbində yerləşən Səccariyə məntəqəsi azad edildi
-
İraqın qərbində yerləşən Səccariyə məntəqəsi azad edildi
İraq ordusu ölkənin qərbində yerləşən əl-Ənbar vilayətinin Səccariyə məntəqəsini İŞİD-in işğalından azad edib.
İRİB-nin məlumatına görə, İraqın terrorizm ilə mübarizə qüvvələrinin komandanı Əbdülğəni Əsədi şənbə günü deyib: Rəmadi şəhərinin Səccariyə məntəqəsi tamamilə terrorçulardan azad edilib və ordu qüvvələri Cubiyə məntəqəsinə daxil olmaq ərəfəsindədirlər.
Əl-Ənbar vilayəti üzrə əməliyyat qüvvələrinin komandanı İsmayıl Məhlavi də deyib: İraqın təhlükəsizlik qüvvələri Səccariyə məntəqəsində İŞİD terrorçularının mühasirəsində olan İraqlı ailələri mühasirədən xilas ediblər.
İŞİD terrorçuları Səccariyədə sivil vətəndaşlardan canlı divar olaraq istifadə edirmiş. Rəmadi şəhərinin mərkəzi 28 dekabr 2015-ci il tarixində İŞİD-in işğalından azad edilib. Bu məntəqə təqribən 8 ay İŞİD-in işğalı altında qalıb.