Mart 11, 2016 11:51 Asia/Baku
  • Türkiyənin cənub-şərqindəki döyüşlərdə 7 silahlı kürd öldürülüb
    Türkiyənin cənub-şərqindəki döyüşlərdə 7 silahlı kürd öldürülüb

Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, yeddi silahlı kürd bu ölkənin cənub-şərqində ən böyük şəhər olan Diyarbəkirdə baş verən döyüşlərdə öldürülüb.

Röyters-in məlumatına görə, Türkiyənin təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, polis qüvvələri Sur məhəlləsindəki bir binanın aşağı mərtəbəsindən atəşə tutulduqdan sonra yaraqlı şəxslərlə toqquşublar.

Sur məntəqəsi Bizans imperiyası dövründən qalmış divarların əhatəsində olan bir məntəqədir və YUNESKO(UNESCO) təşkilatı onu beynəlxalq irs siyahısına salıb. Türkiyə polisi sentyabrın ikisində bu məntəqədə komendant saatı tətbiq edib.

Türkiyə ordusu cümə axşamı günü bildirib ki, 279 silahlı PKK üzvü ötən ilin 17 dekabrından bu yana, Sur məhəlləsində icra olunan bir əməliyyatda öldürülübdür.

Teqlər