Mart 11, 2016 14:19 Asia/Baku
  • Türkiyə ordusunun Diyabəkirdəki əməliyyatında 200 ölü
    Türkiyə ordusunun Diyabəkirdəki əməliyyatında 200 ölü

Türkiyə ordusunun bu ölkənin Diyarbəkir vilayətinin Sur şəhərindəki əməliyyatında PKK üzvülərindən 200-dən çox nəfər öldürülüb.

Türkiyənin TRT kanalının cüməgünkü məlumatına görə, bu ölklə ordusunun baş qərargahı bir bəyanatda bildirib ki, Türkiyənin dövlət qüvvələrinin üç aydan çox sürən Diyarbəkir vilayətinin Sur şəhərindəki əməliyyatında PKK üzvülərindən 279 nəfər öldürülüb.

Bu bəyanata görə, həmin əməliyyatda 365 əldəqayırma bomba məhv edilib, 504 ədəd silah, çoxlu miqdarda sursat və bombanın düzəldilməsi üzrə 3470 kilo xammal aşkarlanaraq, müsadirə edilibdir.

Türkiyənin daxili işlər naziri Efkan Ala çərşənbə günü deyib ki, bu ölkənin dövlət qüvvələrinin Diyarbəkir vilayətinin Sur şəhərində PKK-ya qarşı əməliyyatı başa çatıbdır.

Türkiyənin şərqi və cənub-şərqindəki kürdsakinli məntəqələr təqribən yeddi ay bundan öncədən bəri dövlət qüvvələri ilə PKK üzvləri arasında qanlı döyüşlər səhnəsidir.

Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu döyüşlərdə təqribən üç min PKK üzvü, həmçinin təhlükəsizlik qüvvələri və mülki şəxslərdən 350-dən çox nəfər öldürülübdür.

Teqlər