İraq Rusiyadan terrorçularla mübarizədə həmkarlığını artırmasını istəyib
-
İraq Rusiyadan terrorçularla mübarizədə həmkarlığını artırmasını istəyib
İraqın baş naziri İŞİD terror qrupu ilə mübarizə üçün Rusiyanın İraq dövləti ilə daha artıq əməkdaşlığını istəyib.
IRNA-nın məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi Rusiyanın mövqeyini dəstəkləyib və İraq ordusunun təchizinə görə, bu ölkəyə təşəkkür edib. O, əlavə edib: İki ölkə arasında müştərək kəşfiyyat-təhlükəsizlik həmkarlığı və ahəngdarlığı mövcuddur və İraqın təhlükəsizlik qüvvələri Rusiyanın himayəsilə İŞİD terrorçularına qarşı mühüm qələbələrə nail ola və bir çox şəhəri terrorçuların işğalından çıxara biliblər.
İraqın baş naziri ərəb ölkələrinin Suriyaya quru hərbi müdaxilələri və onun İraqın durumuna olan təsirləri haqda da deyib: İraq Suriyaya hər cür quru hərbi müdaxiləsi ilə müxalifdir, çünki Suriyaya quru hücumu bu ölkənin durumunu daha da ağırlaşdıracaq və onun ağır nəticələri nəinki İraqı, həm də bütün regionu bürüyəcəkdir.
Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr özlərinin himayə etdikləri terrorçularla mübarizə bəhanəsilə Suriyaya hərbi qüvvələr göndərmək niyyətindədirlər.